Küçədə yarıçılpaq gəzən model - Cəzası belə olacaq

22-09-2023, 16:52           
Küçədə yarıçılpaq gəzən model - Cəzası belə olacaq
Model və sosial media fenomeni Melisa Yaren Aydınalp hər gün eyni saatlarda yarıçılpaq gəzintiyə çıxmsı səbəbindən məhkəmə tərəfindən cəzalandırılıb.

Publika.az xəbər verir ki, Türkiyənin bəhs etdiyi hadisə İstanbulun Kadıköy qəsəbəsinin Bağdad küçəsində baş verib. Belə ki, 23 yaşlı model və sosial media fenomeni Melisa Yaren Aydınalp hər gün eyni saatlarda qeyd olunan küçədə yarıçılpaq gəzintiyə çıxıb.

Vəziyyət təəccüb doğurub və narahat olan vətəndaşlar vəziyyəti polisə xəbər verib. Hadisə yerinə gedən qruplar və vətəndaşlar Aydınalpın ictimai yerdə belə gəzməsinin uyğun olmadığını dedikdə tərəflər arasında gərginlik yaranıb. Qadının geyindiyi maraqlı libas və yaşanan mübahisələr sosial mediada geniş əks-səda doğurub. Modelin hər gün saat 17:30-da bu cür paltarlarla gəzdiyi müəyyən edilib və İstanbul Anadolu Baş Prokurorluğu məsələ ilə bağlı araşdırma başladıb. Nəzarətə alınan Melisa Yaren Aydınalp Kartaldakı Anadolu Ədliyyəsinə gətirilib. Prokurorluqda ifadə verən Aydınalp heç kimi narahat etmək üçün belə geyinmədiyini, döş nahiyəsinin örtülü olduğunu müdafiə edib.

İstanbul Anadolu Baş Prokurorluğu bildirib ki, kamera görüntülərinin araşdırılması nəticəsində şübhəli şəxsin bir neçə dəfə ictimaiyyət qarşısında “zəncirvari nalayiq hərəkətlər” cinayətini törətdiyi məlum olub. Prokurorluq həmçinin diqqət çəkən bir məhkəmə nəzarəti də tələb edib. Respublika Baş Prokurorluğu Aydınalpın İstanbul Anadolu Probasiya Müdirliyi tərəfindən, psixoterapiya vasitəsilə təhsil və reabilitasiya fəaliyyətində iştirakı formasında məhkəmə nəzarəti tədbirlərinin görülməsini tələb edib.

Sülh Cəza Hakimliyi tələbi dəyərləndirərək, şübhəlinin xaricə getməməsi və həftənin 3 günü iqamətgahına ən yaxın polis bölməsinə gedərək imza atması barədə qərar qəbul edib. Aydınalpa həmçinin 2 ay müddətində həftədə ən az 2 gün Probasiya Müdirliyi tərəfindən təyin olunan əxlaq və ictimai dəyərlərə aid kitabları oxuması və kitabxananın hazırladığı təqib cədvəlini istintaq faylına təqdim etməsi üçün məhkəmə nəzarət tədbiri hökm edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.