Təbriz millət vəkili İranın Cənubi Qafqaz siyasətini tənqid edib

2-10-2023, 09:14           
Təbriz millət vəkili İranın Cənubi Qafqaz siyasətini tənqid edib
Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi bu yaxınlarda Rouydad24 saytı ilə İranın Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətini müzakirə edərək, Ruhani və Rəisi hökumətlərinin bu bölgədəki siyasi yanaşmasını tənqid edib.

Mahmud Əhmədinejadın prezidentliyi dövründə Şərqi Azərbaycanın valisi olmuş Təbrizin parlamentdəki hazırkı bu nümayəndəsi həmin müsahibəsində İran İslam Respublikasının Azərbaycan Respublikasına qarşı siyasətinin hər zaman "ehtiyatlılıq" çərçivəsində olduğunu bildirib.

"İran İslam Respublikasının keçmişdən İrandakı etnik qruplar, xüsusilə də azərbaycanlılar ilə bağlı yürütdüyü ehtiyatlı siyasətə görə, bu məsələyə [Azərbaycan Respublikası] xüsusi diqqət yetirildiyi təqdirdə, bu siyasətin [İran azərbaycanlıları arasında] uzaqlaşmağa səbəb ola biləcəyi düşünülüb."

Əlirzabeyginin fikrincə, İran hakimiyyəti İran azərbaycanlılarının vasitəsilə Azərbaycan Respublikası xalqına təsir göstərmək siyasətinə yanaşmayıb və bu mövzuda ehtiyatlı siyasət yürüdüb. O, hakimiyyətin Azərbaycan Respublikası və İran azərbaycanlılarının etnik mənsubiyyəti məsələsində bu ehtiyatlı siyasəti, ölkədə etnik azərbaycanlılarda uzaqlaşmağa səbəb ola biləcəyindən dolayı yürütdüyünü söyləyib.

Urmiyədə dünyaya gələn bu Təbriz millət vəkili deyir ki, İranın Azərbaycan Respublikasına təsir etmək gücü yoxdur və İranın yoxluğunda Türkiyə və İsrail Azərbaycana işğal olunmuş torpaqlarını almaqda dəstək olublar və bu da iki ölkənin bir-birindən uzaqlaşmasına daha da zəmin yaradıb.

"Biz hətta İranla Azərbaycan arasında qarşıdurmanın şahidi oluruq və Azərbaycan Respublikası tərəfindən bizdə [hakimiyyət] öz davranışımızın nəticəsi olan bir güvənsizlik hissi var"- deyə o əlavə edib.

Bu fundamentalist parlamentar və keçmiş prezident Mahmud Əhmədinejada yaxın olan siyasətçi İranın Cənubi Qafqazda siyasi yanaşmasının əsas günahkarını Həsən Ruhani hökuməti hesab edir və İbrahim Rəisi hökumətinin siyasətinin isə əvvəlki siyasətlərdən təsirləndiyini bildirib.

Əlirzabeginin ölkənin xarici siyasəti baxımından prezident Ruhani və Rəisi hökumətlərini tənqid etməsi mümkündür ki, İran İslam Respublikasının reallıqları ilə uyğun gəlməsin. Belə ki, İran dini lideri Əli Xamenei 2 may 2021-ci il çıxışında İslam Respublikasının xarici siyasətinin Ali Milli Təhlükəsizlik Şurasında yüksək vəzifəli şəxslər tərəfindən müəyyən edildiyini və Xarici İşlər Nazirliyinin icraedici orqan olduğunu bəyan edib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.