Türkiyə ordusu İraqda əməliyyat keçirib - Çox sayda terrorçu zərərsizləşdirilib

4-10-2023, 11:14           
Türkiyə ordusu İraqda əməliyyat keçirib -
Türkiyə ordusu İraqda əməliyyat keçirib, çoxlu sayda PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat İraqın şimalında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilib.

Havadan endirilən zərbələr nəticəsində 16 hədəf vurulub. Terrorçuların olduğu hesab edilən sığınacaq və anbarlar məhv edilib.

Məlumatda qeyd olunub ki, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru