Gənc qız sevgilisinə görə anasını öldürdü, sonra isə... - FOTO

5-10-2023, 00:10           
Gənc qız sevgilisinə görə anasını öldürdü, sonra isə... - FOTO
Türkiyədə gənc qız anasını öldürərək intihar edib.

Teref.Az lent.az-a istinadən bildirir ki, hadisə Ankara şəhəri Keçiören qəsəbəsində baş verib. 25 yaşlı Dilarə Alagöz evdə mübahisə zamanı bıçaqla 55 yaşlı anası Ayşe Alagözün boynuna xəsarət yetirərək onu öldürüb. Daha sonra o, tikintisi davam edən binaya gedərək, 10-cu mərtəbədən özünü atıb.

Gənc qız aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qızın atasının və nənəsinin iddialarına görə, anası Dilarə Alagözə sevgilisi ilə görüşməyə icazə verməyib və telefonunu əlindən alıb. Mübahisə də bu səbəbdən başlayıb. Gənc qızın həmçinin narkotik aludəçisi olduğu da bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru