Türkiyədə ac qalan ayılar mikroavtobusa “hücum etdilər”: Pizza ilə qarınlarını doydurdular - VİDEO

5-10-2023, 14:54           
Türkiyədə ac qalan ayılar mikroavtobusa “hücum etdilər”:
Türkiyənin Bitlis vilayətində maraqlı hadisə yaşanıb.

Tatvan rayonu ərazisində yerləşən Nemrut Krater Gölü ətrafında ac qalan ayılar qapı-pəncərələri açıq olan mikroavtobusa giriblər.

Piknik qalıqları, zibilliklərdən tapdıqları yeməklərlə qidalanan və turistlərin çadırlarına hücum edən ayılar bu dəfə də mikroavtobusda yemək axtarmağa başlayıblar. Nəticədə avtobusun içində pizza tapıblar və acgözlüklə qarınlarını doydurmağa çalışıblar.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru