Türkiyə kəşfiyyatı “narıncı” kateqoriyalı qaçaq terrorçunu ölkədən kənarda ələ keçirdi

6-10-2023, 08:12           
Türkiyə kəşfiyyatı “narıncı” kateqoriyalı qaçaq terrorçunu ölkədən kənarda ələ keçirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı terrorizmlə bağlı axtarışda olanların siyahısında “narıncı” kateqoriyada yer alan FETÖ üzvünü ölkədən kənarda ələ keçirib.

FETÖ silahlı terror təşkilatına üzv olduğu üçün axtarışda olan qaçaq Koray Vural Tacikistanda saxlanılaraq Türkiyəyə gətirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ-nün göstərişi ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Koray Vural Orta Asiya və Tacikistanda terror təşkilatının fəaliyyətini təşkil edən adlar arasında olub.
Tacikistanda olduğu müddətdə tez-tez Pensilvaniyaya gedən və FETÖ lideri Fətullah Güləndən təlimat alan Vuralın qaçaq FETÖ üzvü Emsal Koç Türkiyəyə gətirildikdən sonra Tacikistandan qaçmaq üçün planlar qurduğu müəyyən edilib.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru