Rusiyaya yollanan iki tanker Türkiyədə yedəyə alındı

7-01-2024, 16:38           
Rusiyaya yollanan iki tanker Türkiyədə yedəyə alındı
Türkiyə Sahil Mühafizəsinin yedək gəmiləri Rusiyaya gedərkən Egey dənizində ilişib qalan iki tankerə yardım göstərib.

Bu barədə “RİA Novosti” ölkənin Sahil Mühafizəsinin Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Belə ki, Malta bayrağı altında Novorossiysk (Rusiya) limanına üzən 184 metrlik “Sundoro” tankerinin mühərrikində nasazlıq yaranıb. Gəmi yedəklə Şevketiye lövbərinə aparılıb, orada mütəxəssislər tərəfindən yoxlanılacaq.
İspaniyadan Rusiyaya yollanan və uzunluğu 185 metr olan ikinci tanker “Elijah” eyni problemlə əlaqədar Gökçeada yaxınlığında Çanaqqala boğazında (Dardanel) ilişib.

Agentliyin mənbəsinin sözlərinə görə, o, Panama bayrağını dalğalandırıb. Gəmi təhlükəsiz şəkildə Bozcaada estakadasına aparılıb. Hadisənin digər gəmilərin hərəkətinə təsir etmədiyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru