Türkiyədə psixi xəstə qaldığı otağı yandırıb - FOTO/VİDEO

12-01-2024, 17:34           
Türkiyədə psixi xəstə qaldığı otağı yandırıb - FOTO/VİDEO
Türkiyənin Batman vilayətində xüsusi xəstəxanada müalicə alan psixi xəstə qaldığı otağı yandırıb.

Məlumata görə, hadisə yeddimərtəbəli klinikanın dördüncü mərtəbəsində baş verib. Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları çağırılıb. 20 xəstə yaxınlıqdakı özəl xəstəxanaya köçürülüb.

Otaqda qalan və çıxmaq istəməyən xəstə xəstəxana işçilərinin səyləri nəticəsində çıxarılıb. Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Qeyd edək ki, dağıntılara səbəb olan yanğını törədən şəxs saxlanılıb.



Mənbə: hurriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru