Türkiyə ordusunun beş əsgəri şəhid olub 13-01-2024, 00:16 İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.Bölgədə əməliyyatların davam etdiyi bildirilib. Facebook-da paylaş