Güləndən Qərbə çağırış: - "Türkiyəyə müdaxilə edin"

4-08-2016, 13:44           
Güləndən Qərbə çağırış: - "Türkiyəyə müdaxilə edin"
“Fətullahçı Terror Təşkilatı” (FETÖ) lideri Fətullah Gülən Misirin "Əl Qad" televiziyasına müsahibə verib.

Admiral.Az xəbər verir ki, Fətullah Gülən müsahibəsində Türkiyə hökumətinə, prezident Rəcəb Tayyib Ərdoğana qarşı ittihamlar irəli sürüb.

Qərbi Türkiyəyə müdaxilə etməyə səsləyən Gülən, orada insan haqlarının pozulduğunu, daxili çəkişmələrin yarandığını diqqətə çatdırıb. Bu səbəblə də iqtidarın hakimiyyətdən devrilməsinin vacib olduğunu vurğulayıb.

O, R.T.Ərdoğanın hakimiyyətdə qalması müddətində Yaxın Şərqdə sabitliyin olmayacağını deyib.

15 iyul çevrilişə cəhdlə bağlı haqqında səslənən iddiaları isə qəti şəkildə inkar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru