Türkiyə Pakistana dəstək olub

8-02-2024, 09:24           
Türkiyə Pakistana dəstək olub
Türkiyənin Xarici İşlər Nazirliyindən Pakistana terrorla mübarizədə dəstək mesajı paylaşılıb.

Oxu24.com xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada aşağıdakılar qeyd olunub:

"Bu gün Pakistanın Bəlucistan əyalətinin iki rayonunda baş verən terror aktları nəticəsində 30-a yaxın insanın həyatını itirdiyini və çoxlu sayda yaralının olduğunu dərin hüznlə öyrəndik. Biz qardaş Pakistan xalqının ağrısını bölüşürük. Pakistana dəstəyimizi davam etdirəcəyik.”


Sabah keçiriləcək seçkilər öncəsi Pakistanın Bəlucistan əyalətində deputatlığa namizədləri hədəf alan bombalı hücumlarda ilkin məlumatlara görə 28 nəfər ölüb, 47 nəfər yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru