Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi

5-05-2024, 12:24           
Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
Türkiyənin İstanbul şəhərində yerləşən, Bizans imperiyası dövründən yadigar qalmış, daha sonra isə müsəlmanların məscid olaraq qoruyub saxladıqları və içində ibadət etdikləri Kariye məscidi (keçmiş adı Xilaskar Müqəddəs Hora Kilsəsi - red) ibadət üçün dindarların istifadəsinə veriləcək.

Qeyd olunur ki, dörd illik bərpa işlərindən sonra nəhayət Kariye məscidi istifadəyə veriləcək.

Açılış mərasiminə Rəcəb Tayyib Ərdoğanın da videobağlantı ilə qoşulacağı qeyd olunub.
Məlumat üçün əlavə edək ki, Kariye məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mənbə: Sabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru