Hakan Fidan iranlı həmkarı ilə görüşüb

5-05-2024, 12:26           
Hakan Fidan iranlı həmkarı ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının Qambiyada keçirilən 15-ci sammiti çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə danışıqlar aparıb. Danışıqlar zamanı Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırmaq üçün atdığı addımlar yüksək qiymətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Görüşdə İran və Türkiyənin yüksək səviyyəli diplomatları son regional hadisələri, Tehran və Ankara arasında ikitərəfli əlaqələri müzakirə ediblər.

Türkiyə hökumətinin Tel-Əviv rejimi ilə ticarət əlaqələrini dayandırmaq barədə son qərarını şərh edən Əmir Abdullahian bunu mühüm addım adlandırıb.

Əmir Abdullahian İranın İsrailə qarşı cavab hücumuna da toxunaraq deyib ki, hərbi əməliyyat İranın qanuni özünümüdafiə hüququna uyğundur.

Qeyd olunub ki, Əmir Abdollahian və Fidan İran prezidentinin Türkiyəyə səfəri zamanı iki ölkə arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin və müxtəlif sahələrdə əməkdaşlıq üçün birgə komitələrin fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Fidan öz növbəsində Tehranla əlaqələrin bütün sahələrdə inkişafının Ankaranın prioritetlərindən biri olduğunu bildirib və iki ölkə arasında regional və beynəlxalq platformalarda əməkdaşlığın güclənməsini alqışlayıb.

Türkiyənin Fələstin məsələsinə İslam dünyasının ən mühüm məsələsi kimi baxdığını bəyan edən Fidan bu məsələdə İslam dövlətlərinin daha aktiv rol oynamasının vacibliyini vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.