“Togg” Avropa bazarına çıxır

14-05-2024, 16:04           
“Togg” Avropa bazarına çıxır
“Türkiyənin “Togg” elektrik avtomobili 2025-ci ildə Almaniyada satışa çıxarılmaqla ilk dəfə Avropa bazarına çıxacaq”.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır deyib.

“Biz indi bütün sənayenin transformasiya mühərriki olan yeni brendin doğulmasının şahidi oluruq. “Togg” 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq və bununla da Avropa bazarına çıxacaq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə yollarında 30 minə yaxın “Togg” markalı avtomobil var.
Qeyd edək ki, “Togg” T10X elektrik krossoverini hazırda yalnız Türkiyədə almaq mümkündür. Yanvar ayında Las Veqasda yeni “Togg” T10F təqdim edilib. O, 2025-ci ildə Türkiyədə satışa çıxarılacaq.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru