" Necə etdiklərini biz də bilmirik . Tək bildiyimiz Onlar Türkdür. "

22-05-2024, 16:04           
" Necə etdiklərini biz də bilmirik . Tək bildiyimiz Onlar Türkdür. "
1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə Sikorsky S-70 helikopter alırlar. Bu zaman Sikorsky mühəndisləri türkləri S-70 modelinin loop hərəkətini ( çevrə üzrə tərsinə dönmək ) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəkləri ilə bağlı iddia edirlər. İş böyüyür. Sikorsky şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu barədə mərcə girir.
Türk pilot Yusif Keleş adlı pilot 73101329 seriya nömrəsi olan helikopterə əyləşir və 5 min, 347 kilo ağırlığında olan S-70 modeli ilə loop hərəkətini yerinə yetirir. Bu sınağı izləyən Sikorsky mühəndisləri deməyə söz tapmır.
Daha sonra bu sınaq zamanı çəkilmiş şəkil S-70 modelinin reklamlarında istifadə olunur. Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır :
" Necə etdiklərini biz də bilmirik . Tək bildiyimiz Onlar Türkdür. "
Yusuf Ziya Demir*
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru