Netanyahu Hitlerlə müqayisə oluna biləcək lənətdən xilas ola bilməyəcək - Ərdoğan

27-05-2024, 18:14           
Netanyahu Hitlerlə müqayisə oluna biləcək lənətdən xilas ola bilməyəcək - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin həyata keçirdiyi Rəfah qətliamından qəzəbləndiyini bildirib.

AzFakt.com xəbər verir ki, Ərdoğan öz qəzəbini bu tərzdə ifadə edib:

"Beynəlxalq Ədalət Məhkəməsinin hücumların dayandırılmasını tələb etməsindən sonra həyata keçirilən bu qətliam terror dövlətinin qanlı və rəzil üzünü bir daha göstərir. Netanyahu Hitlerlə müqayisə oluna biləcək lənətdən xilas ola bilməyəcək".

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzada məqsədlərin HƏMAS-ı məhv etmək olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru