Al-Monitor: Türkiyə ilə İran arasında geosiyasi ziddiyyətlər

29-05-2024, 15:47           
Al-Monitor: Türkiyə ilə İran arasında geosiyasi ziddiyyətlər
Türkiyə və İran bir sıra regional məsələlərdə, o cümlədən Ermənistan və Azərbaycan arasındakı münasibətlər, HƏMAS, İraq və Suriyaya təsiri ilə bağlı fikir ayrılığına malikdir. Bu barədə Amerikanın “Al-Monitor” analitik saytı yazır.

Nəşr ölkələr arasında geosiyasi fərqlərin və “etibarsızlıq hissinin” özünü göstərdiyi əsas məqamları qeyd edir:

▪️ Tehran Ankara və Bakının istər güc yolu ilə, istərsə də İrəvanla razılaşma yolu ilə Zəngəzur dəhlizinin tikintisini başa çatdıra və İranı Cənubi Qafqaz və Rusiya Federasiyası ilə yol əlaqəsindən məhrum edə biləcəyindən narahatdır.

▪️ Türkiyə və İran HƏMAS üzərində nüfuz uğrunda yarışır. “İran açıq şəkildə iki dövlətli həllə sadiq deyil və təşkilatı “müqavimət oxu” çərçivəsində saxlamaq istəyir”. Türkiyə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti ideyasını dəstəkləyir.

▪️ Ankara Tehranın İraqı Türkiyənin Aralıq dənizi sahilləri ilə, sonra isə Avropa ilə birləşdirəcək “İnkişaf Yolu” layihəsini pozmaq üçün İraqdakı iranpərəst qruplara təsirindən istifadə edəcəyindən narahatdır. İran layihənin regional və qlobal nəqliyyat və logistika şəbəkələrində onun əhəmiyyətini azaldacağından narahatdır.

▪️ Türkiyə Suriya hökumətinə qarşı çıxan müxalifəti və silahlı qrupları, İran isə Əsəd rejimini dəstəkləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.