Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

30-05-2024, 12:24           
Türkiyə gələcəkdə ölkə silahlı qüvvələrinin əsas döyüş tankına çevriləcək "Altay" tankının seriya istehsalına başlayıb.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri Haluk Görgün məlumat verib.

"Biz milli "Altay" tankımızın seriya istehsalına başladıq, ondan istifadə etmək istəyən ölkələr var", - deyə o bəyan edib.

Görgün bildirib ki, tank müasir döyüş tələblərinə cavab verən, döyüş effektivliyini, sağqalma qabiliyyətini artırmaq üçün zəruri olan bir neçə yeni sistemlə təchiz edilib. Bu sistemlərin çoxu lokallaşdırılıb.

Ümumilikdə, Ankaranın planlarına min döyüş maşınının istehsalı daxildir. Gələcəkdə pilotsuz versiyaların buraxılması planlaşdırılır. "Altay" Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Almaniyanın "Leopard" və ABŞ-nin M60 tanklarını əvəz etməlidir.

Mənbə: Milliyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru