Arvadı evdən qaçan ata 3 uşağını öldürdü

1-06-2024, 00:07           
Arvadı evdən qaçan ata 3 uşağını öldürdü
Türkiyədə dəhşətli ailə faciəsi olub.

TEREF lent.az-a istinadən bildirir ki, hadisə Bursa şəhərinin Nilufər qəsəbəsində baş verib. Burada rəngsaz işləyən 39 yaşlı Murat Kılıç yaşadığı evdə 3 övladı - 11 yaşlı Zeynəb və 6 yaşlı Aslını bıçaqla, 6 yaşlı Məhəmmədəlini isə boğaraq öldürüb.

Məlumata görə, arvadı Gülay Kılıç keçən il üç uşağı da buraxaraq, evdən gedib.

Murat Kılıç hadisəni törətdikdən sonra polisə məlumat verərək, təslim olub. Hadisə yerinə gələn polislər meyitləri götürüb və morqa təhvil veriblər.
Prokurorluqda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru