Türkiyədə daha bir dəhşətli qəza: Çox sayda yaralı var

1-07-2024, 12:18           
Türkiyədə daha bir dəhşətli qəza: Çox sayda yaralı var
Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.

Qəza Afyonkarahisar-Uşak yolunda baş verib. Hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Hadisənin səbəbləri araşdırılır.

Sürücü dindirilmək üçün jandarma bölməsinə aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə Mersində "Akkuyu" AES-in işçilərini daşıyan avtobus qəza törədib. Hadisə nəticəsində iki nəfər həlak olub, 30-dan çox insan yaralanıb.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru