"Vətənini, millətini nə qədər dollara satmısan? " - QALMAQAL

1-07-2024, 11:36           
"Vətənini, millətini nə qədər dollara satmısan? " - QALMAQAL
Türkiyə siyasətində yeni qalmaqal yaşanır.

“Cebhe.info” xəbər verir ki, Sinan Oğan və Kamal Kılıçdaroğlu qarşı-qarşıya gəlib.

Belə ki, Sinan Oğan “TV100” kanalına açıqlamasında Kamal Kılıçdaroğlunun ona vitse-prezidentlik təklif etdiyini söyləyib:

“Kılıçdaroğlu ilə görüşümüzdə mənə vitse-prezidentlik və 3 nazirlik təklif etdi.

Amma mən “Əsas hədəfim bu deyil” dedim. Məni istədiyiniz qədər tənqid edə bilərsiniz, amma mən ölkəni krizə girməkdən qurtarmışam”. Kılıçdaroğlu isə Oğanın sözlərinə “X” hesabından cavab verib. O, siyasətçiyə sərt təpki göstərib:

“Sənə nəinki 3 nazirlik və vitse-prezidentlik, heç ayyaqqabılarımı belə boyamaq üçün vermərəm. Sənin gözləntin başqa imiş, sən pulgirsən. Vətənini, millətini nə qədər dollara satmısan? Əgər mən bu ölkəni idarə etsəm, yeganə kriz sənin şəxsi maliyyə problemin olacaqdı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.