Metro stansiyasında eskalator çökdü, yaralılar var

1-07-2024, 18:41           
Metro stansiyasında eskalator çökdü, yaralılar var
İzmir metrosunun Üçyol stansiyasından çıxışı təmin edən eskalatorda sərnişinlər olduğu halda qəflətən əks istiqamətə hərəkət edib. Hadisədə 11 nəfər müvazinətini itirərək yıxılaraq xəsarət alıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 11 nəfər müvazinətini itirərək əks istiqamətdə hərəkət edən pilləkənlərə yıxılaraq yüngül xəsarət alıb.

Hadisə yerinə həkim qrupları sövq edilib və yaralılar nəzarət üçün ətrafdakı xəstəxanalara aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru