ürkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün “Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb.
Axar.az xəbər verir ki, 90 kilometrlik ərazinin 39 kilometrinə artıq müxaliflərin nəzarət etdiyi açıqlanıb.
Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb.
Qeyd edək ki, türk ordusu 9-cu gündür Suriyada hərbi əməliyyat aparır.