Türkiyədə qadınların sayı kişiləri üstələyəcək

1-08-2024, 09:35           
Türkiyədə qadınların sayı kişiləri üstələyəcək
2026-cı ildə Türkiyədə əhalinin tərkibində kişi və qadınların nisbəti 86 ildən sonra ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin (TSİ) iyulun 31-də, çərşənbə günü açıqlanan demoqrafik proqnozunda deyilir.

TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onların 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.

Eyni zamanda, 2075-ci ilə qədər Türkiyədə qadınların sayı kişilərin sayını artıq 1,5 milyon nəfər üstələyəcək və bu tendensiya ən azı XXII əsrin əvvəlinə qədər davam edəcək.

TSİ hesab edir ki, 2050-ci ildən sonra ölkə əhalisinin sayı tədricən azalmağa başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru