Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır - Hakan Fidan
30-08-2024, 12:38
Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olmaqda davam edir.
32gun.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən bildirir ki, bubu Xarici işlər naziri Hakan Fidan deyib.
Fidan əlavə edib ki, Ankara bu istiqamətdə müsbət gündəmlə irəliləməkdə qərarlıdır.
“Türkiyə üçün Aİ-yə üzvlük mühüm strateji hədəfdir. Bunu prezidentimiz Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğuladı. Biz müsbət yanaşma ilə irəliləmək istəyirik. Avropa İttifaqı da oxşar münasibət göstərsə, bu, hamı üçün faydalı olacaq”, - deyə o qeyd edib.
Qeyd edilib ki, Xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında iştirakından sonra bəzi önəmli açıqlamalar verib.