Türkiyə sərhədində dava düşdü, gömrükçülər yaralandılar

1-09-2024, 16:08           
Türkiyə sərhədində dava düşdü, gömrükçülər yaralandılar
Türkiyə ilə İraq arasındakı Habur sərhəd keçid məntəqəsində gömrük əməkdaşlarına hücum olub.

"Haber Global" xəbər verir ki, insidentlə bağlı beş şübhəli saxlanılıb. Xəsarət alan üç zabit xəstəxanaya aparılıb.

İddiaya görə, yüklərin rentgen cihazı ilə yoxlanıldığı bölməyə gələn bir qrup şəxs növbətçi zabitlərlə mübahisə edib. Mübahisə böyüdükcə qrup növbətçi zabitlərə hücum edib, zabitlərin üz, boyun nahiyəsinə zərbələrlə xəsarət yetiriblər. Yaralılar Silopi Dövlət Xəstəxanasına çatdırılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru