Ruslar Türkiyədə “hər şey daxil” otellərdən kənarda pul xərcləmirlər

6-09-2024, 09:34           
Ruslar Türkiyədə “hər şey daxil” otellərdən kənarda pul xərcləmirlər
Ruslar Türkiyədə “hər şey daxil” otellərdən kənarda pul xərcləməyi praktiki olaraq dayandırıblar. Səbəb xaricdə Rusiya kartları ilə ödənişlə bağlı problemlərdir.
Valyuta.az xəbər verir ki, bu barədə “Pegas Touristik” turoperatorunun MDB üzrə koordinatoru Orxan Sancar deyib.

“Rusiyalı turistlər kartlarından ödəniş üçün istifadə edə bilmirlər, ona görə də “hər şey daxil” otelləri tərk etmirlər”, - ekspert paylaşıb.

Mövcud vəziyyət Türkiyənin özündə yüksək inflyasiya ilə yanaşı, yerli biznesi də vurub. Belə ki, Bodrum kurortunda bu il otellər tam dolmayıb, restoranlar isə yarıya qədər boş qalıb.

Kemer Ticarət və Sənətkarlar Palatasının sədri Bolat Ünsalın daha əvvəl dediyi kimi, cari turizm mövsümü kurortlardakı mağaza sahibləri üçün son 27 ilin ən pis dövrü olub.

Ödənişlə bağlı problemlərə və yüksək qiymətlərə baxmayaraq, Türkiyə bu il ruslar üçün turizmdə lider olaraq qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru