MEHTƏRLƏR -- TÜRKİYƏ SARAY TƏŞKİLA TINDA YER ALAN MUSİQİÇİ DƏSTƏSİ -- ƏSASƏN HƏRBİ ORKESTR.

8-09-2024, 00:07           
MEHTƏRLƏR -- TÜRKİYƏ SARAY TƏŞKİLA TINDA YER ALAN MUSİQİÇİ  DƏSTƏSİ -- ƏSASƏN HƏRBİ ORKESTR.·
MEHTƏR türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, SƏLCUQ və OSMANLI dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb.
BURADA üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. XAQANLİQ mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur.
BAYRAQ və MEHTER türk dövlətində bir birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başla maq üçün ilk addımlar atılır. Türklərin Orta ASİYA adətlərində dövlət başçısı olan xaqanın otağı önündə qoyulan böyük təbilin və kösün günün müəyən zamanlarında çalınaraq gücünü göstərməsinə "NÖVBƏT DÖYMƏ" ya da "VURMA" deyilir. Növbət döymək dövlət başçısı olan xaqanın gücünü dosta, düşmənə göstər məsi və xüsusi ilə düşmənin ürəyinə qorxu salan şəkildə həyata keçrilməsi idi. Osmanlı dövlətində bayraqla birgə müqəddəs bir varlıq halında yaşadılan mehtər müstəqilliyin, dövlət varlığının önəmli göstəricisi olmaqla yanaşı, MEYDAN savaşlarında, qala mühasirələrində, dəniz savaşlarında düşmənə hücum etmək ərəfəsində çıxardığı səslə əsgərləri şövqləndirir, ordunun əhval-ruhiyyəsini yüksəldir, düşməni ruhdan salır, onun sıralarının pozulmasına SƏBƏB olurdu. Meydan döyüşündə tək bir xaqanlıq kösü də ümumi mehtəri əvəz edə bilirdi. Hücum və müdafiələri xaqanlıq kösü müəyyənləşdirir, təbil və gərənaylardan ibarət OLAN mehtər savaşda ordunu istiqamətlən dirirdi. Döyüşdə məğlubiyət mehtərin ələ keçrilməsi ilə müəyyənləşirdi. Bu vəziyyətdə
ən çətin döyüşlər bayraq və mehtər ətrafında olurdu.
AYDİN görünür ki, mehtər döyüş meydanında sadəcə musiqi toplusu demək deyildi, o eyni zamanda silahlı birliklərin mühüm tərkib hissəsi idi. Lakin sülh dövründə onun musiqi tərəfi daha çox önə çıxırdı. Sülh dövründə mehtər xaqanın hakimiyyətinin və dövlət həyatının davam etdiyinin bir göstəricisi idi.
OSMANLI mehtərində zurna, boru, gərənay
və nəfəsli mehter tütəyi, kbs, təbil, nağara və çovğan kimi zərb alətləri yer alırdı. "TABL Ü ALEM-İ HƏSSA" adlandırılan və ən böyük mehtər olan padişah mehtər grupu doqquz qatdan ibarət idi. Bunun mənası hər çalğı alətindən 9 ədəd olması demək idi. Bu say sonradan 12, 16-ya qədər artmışdı.
PADİSAHLARDAN başqa vəziri əzəmin (baş nazirin) qübbə vəzirlərinin (kabinet üzvlərinin) dəftərdar və rəmis ül küttabın (maliyyə və xarici işlər nazirlərinin) mehterxanaları olduğu kimi, ölkənin müxtəlif əyalətlərində və qalalarında mehter dəstələri fəaliyyət göstərirdi.
MEHTERİN təsir gücü avropalılar tərəfindən də yüksək qiymətləndirilmiş və mehter nümunə kimi götürülərək müxtəlif Avropa ölkələrində əsgəri musiqi bölmələri yaradılmışdır. QLAK, MOTSART, BETHOVEN kimi bəstəkarlar mehterdən təsirlənərək musiqilər bəstələmişlər.
MEHTƏR (VE YA ÇOĞULU MEHTERÂN)
Sevda Amanova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.