”İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür” – TBMM sədri

19-09-2016, 23:09           
”İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür” – TBMM sədri
“Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür”

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib.

“Azərbaycan bizim doğurdanda “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ “sülh, mülayim İslam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, deyə İsmayıl Qəhrəman bildirib.

“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik.”, deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.