Türkiyə prezidenti Nyu-Yorkda Qətər əmiri ilə görüşüb

20-09-2016, 08:40           
Türkiyə prezidenti Nyu-Yorkda Qətər əmiri ilə görüşüb
BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş “Peninsula New York Hotel”-də baş tutub. Qətər şeyxini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

Məlumata əsasən, Türkiyə prezidenti ilə Qətər Şeyxi arasında 1 saat 20 dəqiqə davam edən görüş mətbuat üçün qapalı keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru