İstanbulda dəhşətli cinayət: Kişi sevgilisinin başını kəsib qala divarlarından atdı VİDEO

5-10-2024, 11:48           
İstanbulda dəhşətli cinayət:
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qadının başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirərək özünü qala divarlarından ataraq intihar edib.

Bu barədə DHA məlumat yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Semih Çelik hadisədən təxminən 1 saat öncə Eyüpsultan rayonunda da 19 yaşlı Ayşenur Halil adlı qızı öldürüb. Cinayətlərin motivi hələlik məlum deyil.

Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb və istintaq davam etdirilir.

(Diqqət! Həssas görüntülər)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru