ABŞ Rusiya ilə ticarət etdiyi üçün Türkiyəni SWIFT-dən ayırmaqla hədələyir
9-10-2024, 12:47
ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir.
ABŞ-ın yerli banklarının SWIFT sistemindən ayırmaq və dollarla ödənişlərə qadağa qoymaqla hədələməsi səbəbindən Türkiyə Rusiya ilə ticarətini azaltmaq məcburiyyətində qalıb.
Bunu Türkiyənin "Vətən" Partiyasının sədr müavini Hakan Topkurulu "RİA Novosti"yə açıqlamasında bildirib.
Avqustda "Financial Times" yazmışdı ki, ABŞ Türkiyəni, əgər respublika bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, bunun nəticələri ilə təhdid edir. ABŞ Ticarət Nazirliyi Türkiyənin "ABŞ texnologiyasının Rusiyaya axınını" dayandırmalı olduğunu vurğulayıb.
Topkurulu, Ankaranın ticarətinin böyük hissəsinin ABŞ valyutası ilə həyata keçirildiyini vurğulayaraq, "ABŞ-ın SWIFT sistemi və dollardan istifadə edərək beynəlxalq ticarətə embarqo qoyacağı təhdidinə görə Türkiyə Vaşinqtonun təzyiqinə müqavimət göstərə bilməz" deyib.
Bundan əvvəl bildirilmişdi ki, türk ixracatçıları ABŞ-ın sanksiyaları fonunda Rusiya ilə ticarət problemlərinin həllində kömək istəyi ilə dövlət qurumlarına müraciət ediblər. Suallar birbaşa ölkələr arasında bank köçürmələrinin mürəkkəbliyindən yaranıb.