ZİNA (BİC DOĞULMUŞ) ETRUSK COCUĞUNUN “HALLALANMA” MƏRASİMİ

Bu gün, 16:54           
ZİNA (BİC DOĞULMUŞ) ETRUSK  COCUĞUNUN “HALLALANMA” MƏRASİMİ
Güzgüdəki sözlər aşağıdakı kimi deşifrə edilir:
ALULU THOLNA ZINIA NGDAN UAENN ÇİN
Modelləşdirmə:
AL ULU THOLNA ZİNİA NGDAN U AENNÇİN
Lüğət:
THOLNA – TULUN sözüdür. TULUN – BƏDİR, İRİLƏNMƏ. TOLUNMAK - AYIN TOLUNMASI, BƏDİRLƏNMƏSİ - Böyüməsi, irilənməsi, tamlanması`dır.
Burada, görünür, uşağın mənən təmizlənməsi, işıqlandırılmasından, ailəyə tilinməsindən gedir söhbət.
THULNA – versiyası da var Türk lüğət fondunda. TULU – восхождение, восход (светила); Tulu etmək – восходить; doğmaq;
Günəş doğudan tülu edirdi (doğurdu) - əvvəlki yazılarda var idi bu termin.
ZINIA – Zina - əxlaqsız, əxlaq pozğunu, yava – блуд; блудить – 1. əxlaqsızlıq, etmək; 2. azmaq, yolu itirmək; oğurluq etmək (pişik haqqında);
NGDAN – yəqin ki, N[A]CİDAN`dır. NACI - köhnəlmiş – xilas edilmiş, cəhənnəm əzabından azad olunmuş - 1) спасшийся; 2) рел. избавленный от мук ада; Bizdəki Nacins – cinsi bəlli olmayana uyğundur;
U AENN – şübhəsiz U AYƏN/ÇİN – U – işarə əvəzliyi; AYƏ – bu gün üçün - Qur`an surələrini təşkil edən müstəqil mənaya malik cümlələrin hər biri; ehkam, hökm, qanun, əmr;
ÇİN ayrı yazılsa da, burada "U AENN [Ü]ÇIN" kimi oxunmalıdır.
Türkiyədə hətta "mı, mu, mıdı, müdü mırı, miri" və s., sual şəkilçilərini söz əsasından ayrı yazırlar.
Yazı etrusca belə anlanılır:
AL, ULU, TOLNA, ZİNİA N[A]CİEDEN U AYENN [Ü]ÇÜN.
Çiyninə saldığı plaşın sağ enli ucu ilə açıq kişilik ünvanını örtmək əvəzində, (etrusklarda sünnət - sirkumsiziya olmayıb), onu geriyə itələyən qolunu sağrısının üstünə tərsinə söykəmiş əzələli ər (lap solda), arvadının doğduğu uşağın halallığından (ondan törədiyindən) şübhəlidir. Görünür, onun doğrudan da zina olduğunu qadın boynuna alıb. Güman, ər qadını sevdiyindən anun zina uşağını da qəbul edir. Lakin din xadimi tərəfindən onun təmizlənməsi, tulunması tələb olunur. Ər öz yanındakı bahalı paltarda sırğalı, boyunbağılı, bilərzikli gənc göyçək qadını ilə onu uluya göstərməyə gətirib.
Ana kimdən törədiyi bilinməyən cocuğunu Ulunun dizi üsyünə qoyur. Uşaq kişinin saqqalından, özgə mühitdən hürküb, ananın sarisindən yapışaraq, onun qucağından qopmaq istəmir.
Bəlkə də Ulunun lap başı üstündəki ucları yuxarı eşilmiş uzun bığlı, dalğın saçlı, "brrov, brrov" deyən 50 yaşa yaxın və zəngin təsiri bağışlayan adam uşağın bioloji atasıdır. Yoxsa rəssam onun xəyalını orada lap yuxarıdan niyə təqdim edirdi ?
Ucunda ağ göyərçin fiquru olan uzun qüdrət əsası tutmuş və başına şan və şöhrət əlaməti sayılan dəfnə budağını simvolizə edən, lakin xüsusi ornamentli bahalı metal budaqcıq taxmış kürsüdəki uzunsaqqallı şəxs etruskun İnam sahibidir. Uşağın Xanm Anası onu "Ulu" adlandırır.
Ulunun solundakı xanım, güman ki, İnam sahibinin (cəmiyyətə xidmət göstərən beləsi Babilin türk mixi yazılarında Şeyx adlandırılır) tapşırıqlarını yerinə yetirən köməkçisidir. Sol əlindəki bu günkü şüşədən tökülən konusvari süd qabına bənzəyən qabı hazır tutub a. Yəqin uşağı su ilə “təmizləmək” ayini həyata keçiriləcək. Və qabda a su gətirə bilər.
Mətndə deyilir:
AL, ULU, TOLNA, ZİNİA NACİDAN U AENNÇİN.
AL, ULU, TOLNA (BƏDİRLƏNDİR, İŞIQLANDIR, TƏMİZLƏ), ZİNİYA (BU BİC DOĞULMUŞA) NACİDE (EDƏCƏK) U AYƏN [Ü]ÇİN.
***
Elmi ədəbiyyada müəllif Larisa Bonfantenin açıqlaması isə belədir:
“Birth of Fufluns (Dionysos). Etruscan mirror in Naples, Museo Archeologico Nazionale (After ES 1.82)”.
-Fuflunsun (yunanlarda Dionisos*) doğulması. Milli Arxeologiya Muzeyi, Naplesdə (İtaliya-T.A.) qorunan Etrusk güzgüsü.
+++
* The Greek god of wine, pleasure, fertility, and vegetation. He was also known as the god of orchards, fruit, festivity, insanity, ritual madness, religious ecstasy, and theater. The Romans called him Bacchus.
*Yunanlarda şərab, həzz, məhsuldarlıq və bitki tanrısı. O, həm də meyvə bağları, meyvələr, şənliklər, dəliliklər, ritual dəliliklər, dini ekstaz və teatr tanrısı kimi tanınırdı. Romalılar ona Baxus deyirdilər.
___________________________
Mənbə: Larissa Bonfante, L’écriture et l’espace de la mort. Épigraphie et nécropoles à l'époque préromaine, kitabı.
«Sous la direction de Marie-Laurence Haack” nəşriyyatı, Rome.. 2005, p. 52-56.
***
https://www.pinterest.com/pin/289074869825296814/
linki sizləri materialın yalan yozumu ilə tanış edə bilər.
__________________________
Şəkillər eynidir. Daha aydın görünsün deyə, sağdakı təkrarən, ancaq qabartmamda və xırda təmizləməmdə verilib.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.