Dəmir Qübbə Türkiyə sərhədində - Ankaradan cavab

6-12-2024, 12:18           
Dəmir Qübbə Türkiyə sərhədində - Ankaradan cavab
Biz başa düşə bilmirik ki, Şimali Kipr və Türkiyəni tənzimləməyə çalışanlar Cənubi Kiprdə bu silahlanma ehtirasını niyə görməzlikdən gəlirlər.

Bunu TBMM sədri Numan Qurtulmuş Cənubi Kiprin Dəmir Qübbə almasını şərh edərkən bildirib.

"Şimali Kiprə tövsiyələr verənlərin cənubu necə silahlandırdığını və oradakı bəzi bazaları necə möhkəmləndirdiyini bilirik. Nə edirlərsə etsinlər, biz türk və yunan xalqlarının öz dövlətlərinin bayrağı altında, əlimizdə olan bütün imkanlarla qiyamətə qədər sülh içində yaşamalarını istəyirik, lakin sülhü pozmaq istəyən heç kəsə icazə verməyəcəyik", - Qurtulmuş qeyd edib.

Qeyd edək ki, Cənubi Kipr İsrail istehsalı olan Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru