"Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir" - Tokayev

9-01-2025, 11:34           
"Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir" - Tokayev
Qazaxıstanın inkişaf etmiş nüvə enerjisinə malik ölkəyə çevrilməsi üçün bir neçə AES-in tikintisi üzrə işləri sürətləndirməlidir.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Atom elektrik stansiyalarının tikintisini sürətləndirmək lazımdır, biz iki böyük stansiya tikəcəyik. Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan, süni intellektin fəaliyyət göstərdiyi ölkəyə çevirməliyik", - Tokayev qeyd edib.

Qazaxıstan lideri bir müddət əvvəl müsahibəsində ölkəsinin yüksək güclü atom elektrik stansiyasına ehtiyacı olduğunu bildirmişdi. O, yaxın vaxtlarda ikinci, bəlkə də üçüncü AES-in tikintisinə başlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı referendum keçirilib. Stansiyanın tikintisini seçicilərin 71,12 faizi dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru