"Azərbaycanda hərbi qulluqçuların səviyyəsi dünya standartlarına uyğundur"

2-06-2015, 12:00           
"Azərbaycanda hərbi qulluqçuların səviyyəsi dünya standartlarına uyğundur"
Azərbaycan və Qırğızıstanın müdafiə nazirləri hərbi kadrların birgə hazırlığı haqda razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə “MİR 24” televiziyası məlumat yayıb.

Nazirlərin görüşü zamanı Qırğızıstan müdafiə naziri Abibilla Kudayberdiev Azərbaycana səfərindən bəhs edərək bildirib ki, Azərbaycanda hərbi qulluqçuların hazırlıq səviyyəsi dünya standartlarına uyğundur.

Bişkekdə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovun həmçinin Qırğızıstan prezidenti ilə görüşü gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.