Türkiyə iqtisadiyyatını yaxın illərdə nə gözləyir? - İqtisadçı ekspert

1-04-2025, 00:12           
Türkiyə iqtisadiyyatını yaxın illərdə nə gözləyir? -
"Bütövlükdə hesab edirəm ki, Türkiyədə baş verən siyasi hadisələr ölkə iqtisadiyyatını çox mənfi nəticələrə aparır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Türkiyədə baş verən hadisələrin ölkə iqtisadiyyatına təsirlərindən və türk lirəsinin gələcəyindən danışarkən deyib.

Ekspert yaxın illərdə Türkiyə iqtisadiyyatında artım gözlənilmədiyini diqqətə çatdırıb:

"Türkiyə iqtisadiyyatının vəziyyəti onsuz da yaxşı deyildi, dolların qalxması gözlənilirdi. İndi isə bu proses daha da güclənə bilər. Amma Türkiyə iqtisadiyyatı o qədər çoxşaxəli və özünü təmin edən iqtisadiyyatdır ki, orada devalvasiyanın təsiri Azərbaycandakı kimi deyil".

Əkrəm Həsənov Türkiyənin böyük sənaye müəssisələrinin olduğunu vurğulayıb:

"Türkiyə xeyli mal istehsal edir, ayrı-ayrı xidmətləri var. Kənd təsərrüfatından tutmuş sənayeyə kimi. Biz isə hər şeyi xaricdən alırıq. Ona görə Azərbaycanda qiymətlərin artması dərhal hiss olunur. Onlarda isə belə deyil. Amma Türkiyənin də xaricdən aldığı məhsullar var. Bunun Türkiyə üçün mənfi çalarları danılmazdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru