Türk ölkəsində dövlət çevrilişinə cəhd edildi

10-04-2025, 11:24           
Türk ölkəsində dövlət çevrilişinə cəhd edildi
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşısını alıb.

TEREF Publika.az-a istinadən xəbər verir ki, komitə yerli münaqişələr, kütləvi etiraz aksiyaları və iğtişaşlar təşkil etməklə millətlərarası ədavətin qızışdırılmasına hazırlıq hallarını müəyyən edib və bunun qarşısını alıb.

“Əsas məqsəd dövlət çevrilişinə cəhdlə ictimai-siyasi sabitliyi pozmaq olub”, - bəyanatda deyilib.

Komitə baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru