Ərəblərin “Yeni Türkiyə” xəritəsi aranı qarışdırdı - FOTO

11-04-2025, 08:27           
Ərəblərin “Yeni Türkiyə” xəritəsi aranı qarışdırdı - FOTO
Sosial şəbəkələrin Türkiyə seqmentində Misirin orta məktəb coğrafiya kitabına aid olduğu qeyd edilən bir foto ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, fotoda Türkiyə xəritəsi və Yaxın Şərq regionu əks olunub.

Lakin Türkiyənin şərq bölgəsi tamamilə Suriya ərazisi kimi təsvir edilib. Gürcüstan və Ermənistan əraziləri isə demək olar ki, əksinə Türkiyənin ərazisi kimi təqdim olunub.

Sözügedən foto Türkiyə ictimaiyyətində böyük rezonans doğurub. Xəritədən şərq bölgəsinin silinməsi və Suriya ərazisi kimi təqdim edilməsi isə təxribatçı addım kimi dəyərləndirilib.

Xüsusilə neçə müddətdir kürdlərin daha çox məskunlaşdığı şərq bölgələrində müşahidə olunan gərginlik fonunda bu məsələ narahatlığı artırıb.

Həmin fotonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru