Prezidentlərin görüşünün təfərrüatları MƏLUM OLDU

16-05-2025, 08:34           
Prezidentlərin görüşünün təfərrüatları MƏLUM OLDU
Zelenski Ərdoğanla danışıqların təfərrüatını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə etdiyi məsələlərdən danışıb.
Ukrayna lideri "X" sosial şəbəkə hesabında sözügedən məsələləri açıqlayıb.

Məlumata görə, Zelenski Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, Qara dənizdə minaların təmizlənməsi, Ukraynanın bərpası və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Ukrayna prezidenti qeyd edib ki, bu məsələlərin əksəriyyətində onun fikirləri Türkiyə lideri ilə üst-üstə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru