Müqayisə etsək görərik ki, Çingizxanın fəthlərinin yanında Makedoniyalı İsgəndərin qələbələri heç nədir".
Bu gün, 11:54
"Türklər, tatarlar, skiflər hamısı eyni kökə mənsubdurlar. Elə Atilla da bu kökdəndir. Onlar bütün yer üzünü fəth etmişdilər və onların buna haqqı var idi". Volter, Fransız filosof, tarixçi, maarifçi. Mənbə: Əsgər Zeynalov "Şərq Volter yaradıcılığında" kitabı. "Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəmət baxımından türklərlə yarışa bilməz. Bu xalq kainatın əsl hökmranıdır: bütün başqa xalqlar sanki onlara qulluq etmək üçün yaranıb. Onlar tarixin bütün dövrlərində dünyanı öz qüdrətləri ilə sarsıtmış, həmişə başqa xalqlara qalib gəlmişlər. Kirin və Histapsın taxtında oturanlar-Persiyanın hökmdarı da türklərdir. Onlar Avropada, Asiyada, Afrikada nəhəng fəthlər sayəsində dünyanın 3 qitəsində ağalıq edirlər və tarixini bilmədiyimiz xeyli sayda dövlətlər qurublar. Əgər qədim zamanlara nəzər salsaq görərik ki, Roma İmperiyasını darmadağın edənlər də onların nəslindəndir. Müqayisə etsək görərik ki, Çingizxanın fəthlərinin yanında Makedoniyalı İsgəndərin qələbələri heç nədir". Fransız maarifçi və filosof Ş.L. Mönteskyenin "İran məktubları" əsərindən sitat. Şəkil: Şah İsmayıl Xətai. Azərbaycanlıların səhifəsi TEREF