Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb - Ərəb etirazına görə

Bu gün, 10:39           
Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb - Ərəb etirazına görə
Express Xəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bozdağ Yapım"ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.
"Tabii" platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı.
Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.
Biz hansısa şovnist ərəbə görə öz həqiqi tariximizi yaza bilmirik, amma o bu günə qədər bəşəriyyətə terror və cəhalətdən başqa heç bir tövbə verməyən ərəb bizim tariximizin şanlı və qəhrəmanlıq səhifəsi olan Babəki Qətərdə çəkilən bir filmdə aşağılayan səhnələşdirilir . O filmdən Babəkin əsir halında Samirəyə xilafətin iqamətgahına gətirilməsi səhnəsin qoymuşam.
Çox da uzun yazmaq istəmirəm Türk dünyasının parlayan günəşi olan böyük reformator Atatürkün iki kəlamı ilə bu hadisəyə münasibət bildirəcəm.
Biz bu gün öz tariximizin ən şanlı səhifəsini yaza bilmirik. Dahi Atatürkin 1931-ci ildə tarix haqqında dediyi bir kəlam çox yerinə düşər.
“Tarih yazmak, tarih yapmak kadar mühimdir. Yazan, yapana sadık kalmazsa değişmeyen hakikat, insanlığı şaşırtacak bir mahiyet alır.”
Fikrimi yenə də Atatürkün bir kəlamı ilə bitirmək istəyirəm:
“Uyuyan milletler ya ölür ya da köle olarak uyanır.”
Atatürkün bu kələmıbizim bu günümüzə uyğun gəlir. Biz kölə olaraq oyanmışıq.
Джавид Дамирли
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.