ZƏNGƏZURLU YƏHYA SARĞAVAĞIN ALBAN DİLİDƏ YAZDIĞI ƏSƏR

Bu gün, 15:54           
ZƏNGƏZURLU YƏHYA SARĞAVAĞIN ALBAN DİLİDƏ YAZDIĞI ƏSƏR
Alban dilində əsəri dövrümüzədək yetişən daha bir alban müəllifi “vardapet Yovhannes” adı ilə tanınan, məşhur ilahiyyatçı, bəstəkar və astronom Zəngəzurlu Yəhyadır. 500 illik alban astronomik təqviminin tərtibçisi və çox sayda kilsə nəğməsinin müəllifi olan bu şəxsin Mxitar Qoşun şagirdlərindən olduğu və Getik monastırına rəhbərlik etdiyi məlumdur. Haqqında Kirakos Gəncəli “Tarix” kitabının XIII fəslində məlumat verməkdədir:
“...Vardapet Mxitar işxanın öz əyalətinə geri döndüyünü eşidər – eşitməz, aralarında olan xoş münasibət və məhəbbəti yada salıb, onun yanına gəldi və Axstev çayının sağ sahilində yerləşən Getik monastırında məskunlaşdı.
Monastırın başçısı onun şagirdi, Sarğavaq adlandırılan vardapet idi. O onu (Mxitarı) sevinclə qarşıladı və şəxsən qulluğunda durdu...”
Sarğavaq ləqəbi ilə tanınan bu alban din aliminin təqdim edilən əsəri Krakov (2412) əlyazmasından götürülmüşdür. Əsərin üzünü köçürmüş mirzənin müdaxilə etdiyi yerlər kursivlə verilir. Yovhannes Sarğavaq alban dilində deyir:
《San edi, ki heç toğmağıy edinq, da ne günəş yarпxın da körməgiy edinq ! San edi manqa ki, yerigiy edim da axın keçkiy edim, necik ölü toğqan oğlan, xaysı ki hanuz tügəl hasil bolmas anasınınq xarnında, ne ki bununki xorxulu avaznı işitkəy edim tatlı gələcili xutxaruçımınq ağzından !》
Qaynaq: Polşa, Krakov Əlyazmala
Universiteti, 2412 nömrəli əlyazma.
Paşa Əsədgil
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru