"Səfəvilər Dövlətini iranlılar yox türklər (azərbaycanlılar) yaratmışdılar

Dünən, 08:54           
"Səfəvilər Dövlətini iranlılar yox türklər (azərbaycanlılar)  yaratmışdılar
"Səfəvilər Dövlətini iranlılar yox türklər (azərbaycanlılar) yaratmışdılar və onlar da idarə edirlər. Şah İsmayıl Azərbaycana mənsub olan Ərdəbil şəhərində anadan olmuşdur və onun ailəsi əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və əyalətin sərhədlərindən kənarda çoxdan geniş şöhrət tapmış Səfəviyyə və ya Səfəvilər dini ordeninə mənsub idi".
Fransız tarixçi Jan-Pol Runun "İranın və iranlıların tarixi" kitabında Şah İsmayıl Səfəvinin mənşəyi haqqında.
Digər məşhur fransız tarixçi və türkoloq Jan-Lui Bake-Qramon da Şah İsmayılı türk hökmdarı hesab edərək yazır: "Şah İsmayıl yarımköçəri qızılbaş tayfalarının hamılıqla qəbul edilmiş rəhbəri idi, onu taxt-taca bu tayfalar gətirmişdi. Yarımköçəri türk tayfalarına yaxın və aydın dildə danışan və Azərbaycanda ideal türk dövləti yaratmış İsmayıl onların nəzərində ilahiləşmişdi.Həmin tayfalar bu ideal türk dövlətini Osmanlı Türkiyəsindən üstün tuturdular. Osmanlı Türkiyəsinin təbəəsi olmağı özləri üçün qəbuledilməz sayırdılar".
Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.
Azərbaycanlıların səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru