Temperatur 45 dərəcəyə yüksələcək - Türkiyədə əhaliyə xəbərdarlıq edildi

Bu gün, 09:08           
Temperatur 45 dərəcəyə yüksələcək -
Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bununla bağlı sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağı proqnozlaşdırılır.

“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - deyə Murat Kurum qeyd edib.

Xüsusilə, Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyi vurğulanıb. \\Sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru