“Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən türkiyəli məşhurların meneceri Ayşe Barım Məhkəmə Tibbi Ekspertiza şöbəsinə köçürülüb.
Bu barədə onun vəkili bildirib.
Məlumata görə, menecer səhhətində olan ciddi problemlərə görə azadlığa buraxılmasını tələb edib və həbsdə qalmasının tibbi cəhətdən uyğun olub-olmadığı barədə rəy veriləcək.
Xatırladaq ki, A.Barıma 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilib.