"Miss Turkey 2012" Açalya Samyeli Danoğlu xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, buna səbəb modelin zəhərlənməsi olub. Belə ki, o, getdiyi məkanlardan birində buzlu su içib.
Bodrumda dincələn Açelyenin gigyenik olmayan şəraitdə hazırlanan buzu suyuna atması başına bəla olub.
"Buzlu suyu içdikdən sonra boğazımda ağrılar hiss etməyə başladım. Narahatlıq sonra öskürək tutmasına çevrildi. Əczaçı "Yay aylarında bu adi haldır. Şikayətlər çoxalıb" dedi. Sonra ürək bulanmasından əziyyət çəkdim və xəstəxanaya getdim" deyə, model əlavə edib.