Unutmadıq - Türkiyə vətəndaşı, ülküçülərin öndə gedən ismlərindən biri Hakan Kayhan İşık
Dünən, 20:53
1992-ci il Xocalı soyqırımının kadrları Türkiyədə yayılandan sonra nişan gününü təxirə salıb Azərbaycana, Qarabağ uğurunda ermənilərə müharibədə iştirak etməyə gəlir. Burada Azərbaycan xalqının başına gələnləri görür və PKK terror təşkilatına olan nifrətinə erməni terroru da əlavə edilir. Sakit, qorxmaq və cəsarətli Hakan ermənilərə qarşı amansız idi. Onların uşaq və dinc sakinlərə etdiklərini heç bir zaman unutmur və onun haqqında danışan döyüş yoldaşları yazır ki, tez tez o deyirmiş "Türkün qanı yerdə qalmaz" Bir müddət sonra Türkiyəyə qayıdır və 1993-cü ilin noyabr ayında özünü Erenköy Ülküçü Ocaqlarına PKK tərəfindən atılan qumbaranın üzərinə ataraq, bədəni ilə onu zərərləşdirmiş, dostlarının həyatını xilas edərək, özününkünü qurban verib. Hakanın cənazəsi qəbiristanlıqda torpağa tapşırılarkən anasının söylədiyi sözlər tarixə yazılacaq daha bir təsirli ifadə oldu: "Oğlum nişanlısını qoyub döyüşmək üçün Azərbaycana getdi və sağ-salamat qayıtdı. Allah ona Türkiyədə şəhidlik rütbəsi verdi. İndi mənim daha bir övladım qalıb, lazım gələrsə, onu vətənim üçün qurban verməyə hazıram". Zaur Aliyev TEREF