Çöl/Səhra və ya Sarı/Uyğur Türklərinin Azadlıq mücadiləsi səhifələri...
Bu gün, 00:03

Dünyanın quru hissəsinin okean səviyyəsindən ən aşağı 3-cü yeri-Turfan çökəkliyi (-154 m) Türküstan diyarının şərqində, Uyğur-Türk ərazisində, Mərkəzi Asiyanın ən böyük kontenital səhra və çöl zonaları hüdudlarındadır. Təbii-coğrafi şəraitinə görə tarixən ‘ski Təkamül mərhələsinin qədim ocağı (tapılmış mumiyalı qadının yaşı 3800 ilə qədərdir) və “Böyük İpək Yolu” üzərində olduğundan (Urumçi, Yarkənd, Ağsu, Qaşqar....şəhərləri boyunca) Uyğur diyarı əsrlərlə siyasi-hərbi qarşıdurmalara meydan olmuş, bu sırada Uyğur xalqı isə yadelli işğalçılara (rus və çin qüvvələrinə) qarşı milli-azadlıq mübarizəsi ilə müstəqillik uğrunda şanlı səhifələr yazmışlar....
Haşiyə. Şərqi Ttürküstan-Uyğurstan xalqının milli-azadlıq hərəkatı ilk növbədə XVIII əsrdən Çin/Tsin imperiyasına qarşı olmuş (1757-1759-cu illərdə Şərqi Türküstanın işğalı nəticəsində dini-siyasi dövlər quruculuğu ləğv edilmişdir), XIX əsrin 60-70-ci illərшdə Məhəmməd Yaqub bəy Lətif oğlu (1820-1877) Uyğurstan diyarı da daxil olmaqla müstəqil Yeddişəhər dövləti (paytaxtı Qaşqar şəhəri) qurmuş, lakin onun ölümündən sonra (1878-ci ildə) çin hakimiyyətinin yenidən işğalına məruz qalmışdır. Dövlət və Xalq azadlıq mübarizəsi XX əsrdə daha da güclənmiş, Uyğur xalqının milli, tarixi-coğrafi, siyasi və mədəni...dəyərlərinin qorunması naminə ümumxalq müqaviməti səviyyəsinə kimi yüksəlmişdir.
Uyğur xalqının milli-azadlıq mübasrizəsinə qarşı SSRİ hökuməti 1932-ci ilin fevral ayında kazak süvari qüvvələri (ilk növbədə ağqvardiyaçı general-leytnant A.İ.Dutovun (1871-1921) ardıcıllarından ibarət 1800 nəfərlik heyət) 3 alayın tərkibində vuruşmuşlar (generalдфк N.İ.Bekteyev (1895-1938), P.P.Papenqut (1894-1933)… başda olmaqla).
12 noyabr 1933-cü ildə Şərqi Türküstan Türk İslam Respublikası yarandıqda (paytaxtж Qaşqar şəhəri olmaqla, Ana Yasa qəbul edilməklə) ali rəhbəri-prezidenti Xoca Niyaz Hacı (1887-1941) olmuşdur. Uyğurstan diyarının şimalında Xəlifə bölgəsində, mərkəzi Hunquz şəhərində 1931-ci ildə yarana milli-azadlıq mübarizəsinin öndəri idi X.N.Hacı, bu müqavimət hərəkatı bütöv bir Xalqı əhatə etdiyindən coğrafi miqayası Şərqi Türküstanı bürümüş, hərbi mücahidlər əsasən 6-cı Uyğur diviziyasında (Əbdül Niyaz bəy Kamalın və Kiçik Axund Mahmud oğlunun başçılığı altında) birləşmişdilər. XX əsr tarixində Uyğur xalqının milli-azadlıq mücahidləri arasında X.N.Hacı əqidəsinə sadiqliyi, xalqına qarşı siyasi-ictimai təzyiqlərə qarşı barışmazlığı, mübarizəsində sona qədər dönməzliyi...ilə fərqlənmişdir.
X.N.Hacı diyarın şimalında Xəlifə bölgəsində Hunquz şəhəri yaxınlığındakı kənddə doğulsa da, atası Amin Niyaz sonralar bu şəhərin hakimi olmuşdur. Bu şəhərdə təhsil alarkən onun məktəb yoldaşı Bəşir şəhər hakimi Maqsud şahın oğlu idi. Sonra o, bölgədəki “Kral məktəbi”ndə daha çox üstünlük verilən ictimai-siyasi məsələlərin elmi-nəzəri əsaslarını öyrənmiş, təhsili başa vurduqdan sonra doğma kəndinə qayıtmışdır. Artıq cəmiyyətin ictimai-iqtisadi, siyasi-hərbi, milli-mədəni...inkişaf istiqamətlərini təhlil edən, milli dövlət quruculuğunun əsaslarını dərindən bilən gənc kimi 1907-ci ildə Uyğur xalqının milli-azadlıq mübarizəsinə qoşulur, həmin ilin Turfan üsyanı iştirakşısı olur. Siyasi-hərbi hərəkat rus-çin birliyi qüvvələrinə məğlub olur, X.N.Hacı gizli fəaliyyətə keçir, “İshaq” təxəllüsü ilə Turfan şəhərində təhsil almaqla yanaşı, azadlıq mücahidlərindən Maqsud və Mahmud Mühiti ilə sıx əlaqlər yaradır, 1912-ci ildə Hunquz şəhərində Teymur Xəlifə üsyanında öndə duranlardan olur.
Çin işğalçıları T.Xəlifəni 1913-cü ildə edam edirlər, X.N.Hacı Yarkənd şəhərində gizli siyasi fəaliyyətə keçir. İctimai-siyasi hərakatın yeni mərhələdə davam etdirilməsi, milli-azadlıq mübarizəsinin genişlənməsi ideyasına dəstək qazanılması, milli-mübariz qüvvələrin səfərbər edilməsi...Onun apardığı çoxsaylı görüşlərin, yaratdığı əlaqlərin nəticəsi olaraq 1930-cu illərdə yenidən siyasi-hərbi mübarizə meydanına atılır..
1-ci Şərqi Türküstan-Uyğurstan Respublikası 1934-1937-ci illərdə rus-çin çütlüyünün birləşmiş qüvvələri tərəfindən siyasi-hərbi süquta uğrasa da, 1941-ci ildə bu ölkənin prezidenti Xoca Niyazi Nacı edam edilsə də, xalqın müstəqillik. siyasi suverenlik, ərazi bütövlüyü, milli-mədəni və dini-sakral irs mənsubiyyəti...amalı uğrunda mübarizə heç də səngiməmişdir ki, nəticədə 1943-cü ildə “Şərqi Türküstan Azadlıq Təşkilatı” yaradılmış, 1944-1947-ci illərdə II Şərqi Türküstan-Uyğurstan Respublikası (prezident Əlixan Şakir Xoca (1885-1976) 12 noyabr 1946-cı ildə rus-sovet xəfiyyələri və xüsusi xidmət orqanları tərəfindən oğurlanmış, 1-ci Özbək marşalı ömrü boyu Daşkənd şəhərində ev dustağı kimi yaşamışdır) mövcud olmuşdur...
Haşiyə. Uyğur xalqının milli-azadlıq mübarizəsinə qarşı amansız siyasi-hərbi təcavüzün nəticəsi olaraq rus-sovet ordusunun komandiri N.K.Noreyko (1897-1980) rəsmi məruzəsində qeyd etmişdir ki, 05 dekabr 1937-ci il vəziyyətinə 36-cı həbi birləşmənin 5612 nəfər üzvü öldürülüb və əsir götürülüb, əsirlərin 1887 nəfəri qətlə yetirilib, 6-cı Uyğur diviziyasının 8 min nəfər əsgər-zabiti əsir alınıb, o cümlədən, 607 nəfəri öldürülüb...
Çin Xalq Respublikası 01 oktyabr 1955-ci il tarixində Uyğurstan Muxtar Rayonu (paytaxtı Urumçi şəhəri, sahəsi 1,7 mln.kv. km, əhalisi 26 milyon nəfər) yaradılması ilə bağlı dövlət qərarı qəbul etmişdir...
R.S. 1930-cu illərdə Orta və Mərkəzi Asiyada, eləcə də, Şərqi Türküstan/Uyğur Türk-İslam Respublikasında SSRİ-nin dövlət siyasətinin müəyyən edilməsi və yürüdülməsində mühüm rol oynayan Q.A.Avetisyan (1890-1941) I Dünya müharibəsində Qafqaz cəbhəsində döyüşmüş, 1918-1920-ci illərdə hay-daşnak təmayüllü Bakı Komissarları Soveti ilə əməkdaşlıq etmiş, 1933-1935-ci illərdə Şərqi Türküstanda baş konsul olmuşdur...
R.S.S. Uyğur xalqının tarixi mübarizə salnaməsinə aid son dövrlər nəşrlər arasında ictimai-siyasi xadim, Tatarstan EA-nın akademiki R.S.Hakimovun (1947) “Türk-Tatar dövlətinin xronikası, 62-ci hissə”, rus arxeoloqu, tarix elmləri doktoru A.V.Okorokovun (1958) “Müstəqillik uğrunda döyüşlər”...kitabları xüsusi yer tutur...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)