Türkiyədə yeni qalmaqal: Əks-kəşfiyyat yaraqlıları Suriyaya aparıb

7-06-2015, 06:14           
Türkiyədə yeni qalmaqal: Əks-kəşfiyyat yaraqlıları Suriyaya aparıb
Türkiyənin milli kəşfiyyat xidməti 2014-cü ilin yanvar ayında radikal yaraqlı qrupu döyüşmək üçün Suriyanın Tel-Abyade şəhərinə aparıb. Modern.az-ın verdiyi xəbərə görə, bu haqda “Cumhiyyət” qəzet yazıb. Bu, bir həftə ərzində Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Suriyada 4 ildir davam edən müharibədə iştirakını ifşa edən ikinci məlumatdır. Xəbərdə qeyd edilir ki, əks kəşfiyyatın əməkdaşları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına məxsus yaraqlıların daşınması üçün avtobus sifariş ediblər. Bundan əlavə, Reyhanlıdan Şanlıurfa vilayətinin cənub-qərbindəki Akçakaleyə silah və digər döyüş sursatı yollayıblar.

Türkiyə Suriya ilə sərhədəki Akçakale sərhəd buraxılış məntəqəsini 2014-cü ilin yanvar ayında Tel-Abyadedə İŞİD-lə Suriya azadlıq ordusu arasında gedən qızğın döyüşlər səbəbindən bağlayıb. Ancaq buna baxmayaraq, əks-kəşfiyyat Tel-Abyadeyə yaraqlıları yanvarın 9-da keçirib ki, bu da həmin döyüşlərdə həlledici əhəmiyyətə malik olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.